featured-image-35419

“Tottenhem” “Çelsi”nin hücumçusu Romelu Lukaku ilə maraqlanır.

Msport.az xəbər verir ki, London təmsilçiləri artıq ilkin danışıqlar apararaq mümkün transferin detallarını müzakirə ediblər.

“Tottenhem” “Bayern”ə keçən Harri Keyni məhz Lukakuyla əvəzləmək istəyir.

2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib. O, keçirdiyi 37 matçda 14 qol vurub və 7 məhsuldar ötürmə edib. Belçikalı futbolçunun “zadəganlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Daha əvvəl Lukakuyla “Yuventus”un maraqlandığı iddia olunurdu.

Royal Türksoy

Bənzər xəbərlər