“Tottenhem” Konteni istefaya göndərsə…
“Tottenhem” Antonio Konteni istefaya göndərsə, ödəyəcəyi kompensasiya məlum olub.
Msport.az xəbər verir ki, London klubu italiyalı mütəxəssislə vaxtından əvvəl yollarını ayırsa, bir illik əməkhaqqını verməli olacaq.
Bu isə 17 milyon avrodur. Kontedən başqa, ‘Tottenhem” rəhbərliyi futbol direktoru Fabio Paratiçi ilə də yolları ayırmağın variantlarını nəzərdən keçirir.
Xatırladaq ki, ”Sautqempton”la oyundan (3:3) sonra Konte futbolçuları özündənrazılıqda günahlandırmışdı. Bundan sonra Kontenin millinin oyunları zamanı fasilədə istefaya göndəriləcəyi xəbəri yayılıb. İtaliyalı məşqçinin taleyinə bu həftə aydınlıq gələcək.
ANAR ABDULLAYEV







