featured-image-25039

“Qalatasaray”ın futbolçusu Nikolo Zanyolo daha bir klubun diqqət mərkəzinə düşüb.

Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, “Tottenhem” İtaliya millisinin üzvünü transfer etmək istəyir.

London klubunun idman direktoru Fabio Paratiçi yayda “Qalatasaray”la danışıqlar aparacaq.

Qeyd edək ki, “sarı-qırmızılılar” yarımmüdafiəçini qışda 15 milyon avroya transfer edib.

Zanyolonun müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub.
Tottenhem”dən başqa, “Milan” da yarımmüdafiəçini heyətində görmək istəyir.

“Qalatasaray” yaxşı təklif gələrsə, Zanyolonu sata bilər.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər