featured-image-22490

“Tottenhem”in qapıçısı və kapitanı Uqo Lyoris zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, fransalı futbolçu İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə fevralın 5-də keçirilən oyunun (1:0) sonlarında zədə alıb.

İlkin proqnozlar belə idi ki, qolkiper bu mövsüm meydana çıxa bilməyəcək. Lakin “Tottenhem” düşərgəsində ümid edirlər ki, o, 6-8 həftəyə komandaya kömək edəcək.

Klubdan bildirilib ki, Lyoris əməliyyat olunmayacaq, sadəcə bu müddət ərzində müalicə alacaq.

Beləliklə, qapıçı Çempionlar Liqasının pley-off mərhələsində forma geyinə bilməyəcək. “Tottenhem” 1\8 finalda “Milan”la üz-üzə gələcək. İlk oyun fevralın 14-də, cavab matçı isə martın 8-də keçiriləcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər