“Tottenhem” “Qarabağ”dan sonra “Yunayted” də 3 cavabsız qol vurdu
İngiltərə Premyer Liqasının 6-cı turunda “Tottenhem” səfərdə “Mançester Yunayted”in qapısından 3 cavabsız top keçirib.
Msport.az xəbər verir ki, 3 gün öncə UEFA Avropa Liqasında “Qarabağ”ı da 3:0 hesabı ilə məğlub etmiş “Tottenhem”in baş məşqçisi Anqelos Postekoğlunun fikirləri belə olub:
“Bu, möhtəşəm oyun idi. Biz görüşə yaxşı başladıq, əla qol vurduq, hələ üstəlik, iki-üç dəfə də fərqlənə bilərdik. Sonra rəqib təzyiq altına düşdü və qırmızı vərəqə aldılar. Hesab edirəm ki, ondan sonra oyuna daha yaxşı nəzarət etdik. Bütün uşaqlar var güclərini qoydular.
Bu bizim ardıcıl 4-cü qələbəmiz oldu, həmin qalibiyyətləri müxtəlif yollarla əldə etmişik. Lakin hər zaman yaxşı futbol göstərmək prinsipimizə sadiq qaldıq”.