“Tottenhem” səfərdə “Siti”dən üstün oldu
İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Mançester Siti” doğma divarlar arasında “Tottenhem”lə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
London klubunun heyətində Brennan Conson və Joau Palinya fərqləniblər.
Bu, “Tottenhem”in çempionatda ardıcıl 2-ci qələbəsi olub.