featured-image-30219

“Tottenhem” İngiltərə Premyer Liqasının 37-ci turunda “Brentford”a 1:3 hesabı ilə uduzub. Msport.az xəbər verir ki, London klubu son 7 oyunda cəmi 1 qələbə qazanıb.

“Tottenhem” aprelin 15-dən bu yana yalnız “Kristal Pelas”ı məğlub edə bilib – 1:0. Bu müddət ərzində komanda 1 matçda heç-heçə edib, 5 görüşdə isə uduzub.

Martın 27-də Antonio Konte istefaya göndərildikdən sonra “Tottenhem” 9 oyun keçirib. Əvvəlcə komandaya Kristian Stellini rəhbərlik edirdi, sonra onu Rayan Meyson əvəzlədi.

Londonlular cari mövsümdə son oyunlarını mayın 28-də “Lids”ə qarşı keçirəcəklər.

ANAR 

Bənzər xəbərlər