featured-image-49556

Nikolo Barella İtaliya yığmasında 10-cu qolunu vurub.

Msport.az xəbər verir ki, bu, AVRO-2024-ün qrup mərhələsinin ilk turuna təsadüf edib.

Albaniyanı 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada rəqibi mərkəzə dəvət edən Barella millidə vurduğu qolların sayına görə Françesko Tottini geridə qoyub. Totti 58 matçda 9, Barella isə 54 görüşdə 10 dəfə fərqlənib. 27 yaşlı yarımmüdafiəçi İtaliya yığması tarixinin ən məhsuldar futbolçuları sıralamasında 33-cü yerə yüksəlib.

Barella hazırkı İtaliya yığmasının isə ən çox qol vuran futbolçusudu.

Bənzər xəbərlər