featured-image-27742

“Trabzonspor” “Beşiktaş”la Türkiyə Super Liqası oyununa ciddi itkilərlə çıxa bilər.  Msport.az xəbər verir ki, “Kasımpaşa” ilə matçda zədələnərək meydanı tərk edən Abdulkadir Ömür tibbi müayinədən keçib. Məlum olub ki, yarımmüdafiəçinin ayaq barmağında çat əmələ gəlib.

Onunla yanaşı, eyni görüşdə zədələnən Edin Visçanın da qarşıdakı matçda iştirakı sual altındadır.

Qeyd edək ki, “Trabzonspor” – “Beşiktaş” qarşılaşması aprelin 16-da keçiriləcək.

ANAR

Bənzər xəbərlər