featured-image-30351

Türkiyə Superliqasında XXXV tura yekun vurulub. Msport.az xəbər verir ki, turun son matçında “Trabzonspor” öz meydanında “Fatih Karagümrük”ü qəbul edib.

Oyun Qarə Dəniz təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Metydan sahiblərinin heyətində misirli Trezege dubl edib.

“Qalatasaray” 79 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” və  “Beşiktaş” 74 xalla 2-3-cü yerləri bölüşürlər. “Adana Dəmirspor” 63 xalla 4-cü pillədədir.

Türkiyə Superliqası
XXXV tur

20 may

“Kasımpaşa” – “İstanbulspor” – 1:0
Qol: 
Y.Özcan, 58

“Qalatasaray” – “Sivasspor” – 2:0
Qollar: 
M.İkardi, 13, 63

“Kayserispor” – “Alanyaspor” – 0:4
Qollar:
 E.Yardımcı, 9, 16, E.Koulouris, 65, J.Balkoveç, 90+4

21 may

“Ümraniyəspor” – “Ankaragücü” – 1:2
Qollar: 
U.Nayir, 26 – Malkuit, 18, Milson, 71.

“Antalyaspor” – “Başakşəhər” – 0:0

“Adana Dəmirspor” – “Beşiktaş” – 1:4
Qollar: 
Belhanda, 19 – V.Abubakar, 45+4; 90+5 (pen), J.Fernandes, 46, C.Tosun, 72 (pen).

22 may

“Trabzonspor” – “Fatih Karagümrük” 4:1
Qollar: 
Bartra, 8. B.Şen, 20-öz qapısına. Trezeqe, 35; 51 – Diaqne, 14.

79 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” ilə “Beşiktaş”ın 74 xalı var. “Adana Dəmirspor” 63, “Başakşəhər” 53, “Trabzonspor” 51, “Konyaspor”la “Kayserispor” 49 xal toplayıb.

Bənzər xəbərlər