featured-image-28750

“Trabzonspor” Bruno Pereslə yollarını ayırıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Braziliyalı müdafiəçi bu mövsüm Türkiyə Super Liqasında cəmi 7 oyunda meydana çıxıb. Qeyd edək ki, Peresin müqaviləsi 2024-cü ilin iyununa kimi idi.

O, 2021-ci ilin iyulunda “Roma”dan “Trabzonspor”a gəlmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər