featured-image-27035

“Trabzonspor”un baş məşqçisi Orhan Ak istefa verib. Msport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis kluba zərər verməmək üçün bu addımı atdığını deyib:

“Başkanımla əlaqə saxlaya bilmədim. Amma Zeyyat bəylə (vitse-prezident Zeyyat Kafkas) xəbər göndərdim. Kluba zərər vermək istəmirəm, onların önünü açmaq lazımdır. Hər kəs haqqını halal etsin”.

Qeyd edək ki, Abdullah Avcının istefasından sonra baş məşqçi postu mövsümün sonuna kimi Orhan Aka tapşırılmışdı. “Trabzonspor” onun rəhbərliyi altında ilk oyunda “Kayserispor”a öz meydanında 3:4 hesabı ilə məğlub olub.

ANAR 

 

Bənzər xəbərlər