featured-image-20858

Türkiyənin “Trabzonspor” klubu gənc futbolçusu Emrehan Gediklini Avstriyanın “Austriya” (Lustenau) komandasına icarəyə verib.

Msport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı forvard bu mövsümün sonuna kimi Avstriyada legioner həyatı yaşayacaq.

Xatırladaq ki, Emrehan Gedikli “Trabzonspor” ötən mövsüm Almaniyanın “Bayer” klubundan 800 min avro qarşılığında transfer olunmuşdu. Onun Trabzon klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

Bənzər xəbərlər