featured-image-20267

Türkiyənin “Trabzonspor” klubu hücumçusu Jan Evrar Kuassi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kuassi 2021-ci ilin yanvar ayında “Trabzonspor”a transfer olunmuşdu. Super Liqa təmsilçisində 22 oyuna cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə kifayətlənmiş futbolçu, bu mövsümün əvvəlində də “Fatih Karagümrük”ə icarəyə verilmişdi.

Fil Dişi Sahili yığmasında 9 oyuna 1 qol vurmuş futbolçunun yeni iş yeri də məlumdur. O, Çinin “Zheijang” klubu ilə müqavilə bağlayıb.

Bənzər xəbərlər