featured-image-20758

Türkiyənin “Adana Demirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”un yarımmüdafiəçisi Yusuf Erdoğanı heyətinə qatıb.

Bu barədə sözügedən klublar məlumat yayıblar. 30 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Yusuf daha öncə “Araklıspor”, “1461 Trabzon”, “Bursaspor” və “Kasımpaşa”da da forma geyinib.

Bənzər xəbərlər