“Trabzonspor” Mahir Emrelinin komanda yoldaşını transfer edir
“Trabzonspor” Bruno Petkoviçlə razılığa gəlib. Msport.az xəbər verir ki, Qara Dəniz klubu xorvatiyalı futbolçu ilə anlaşdıqdan sonra onun klubu Zaqreb “Dinamo”su ilə də ortaq məxrəcə gəlib.
28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanacaq.
Xorvatiya yığmasının hücumçusunun transferi “Trabzonspor”a 3 milyon avroya başa gəlib.
“Katanya”, “Verona”,”Bolonya” kimi İtalyan klublarının da formasını geyinən forvard ötən mövsüm 42 matçda 14 qol vurub və 9 məhsuldar ötürmə verib.
Qeyd edək ki, illimizin hücumçusu Mahir Emreli də Zaqreb “Dinamo”suna məxsudur.
ANAR







