featured-image-69252

“Trabzonspor” qapıçı Andre Onananın icarəyə götürülməsi ilə bağlı “Mançester Yunayted”lə şifahi razılığa gəlib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Onun sözlərinə görə, klublar arsında artıq bütün detallar razılaşdırılıb. “Trabzonspor” indi qapıçının qərarını gözləyir.

Kamerunlu qolkiper ötən mövsüm bütün turnirlərdə 50 oyun keçirib.

Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər