“Trabzonspor” Orşiçin maaşını açıqladı
“Trabzonspor” Mislav Orşiçin transferini açıqlayıb. Msport.az xəbər verir ki, Qara Dəniz klubu 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlayıb.
Trabzon təmsilçisi bu keçidə görə 2,4 milyon avro ödəyəcək.
Yarımmüdafiəçinin maaşı ilk iki mövsümdə 1,6 milyon avro, üçüncü ilində isə 1,8 milyon avro olmalıdır.
Qeyd edək ki, Orşiç son olaraq “Sauthempton”da çıxış edib.
ANAR







