featured-image-64289

Türkiyənin “Trabzonspor” klubunun U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib.

Msport.az xəbər verir ki, Qara dəniz təmsilçisi yarımfinalda Avstriyanın “Zaltsburq” kollektivini mübarizədən kənarlaşdırıb.

Nyon şəhərindəki “Kolovrey” idman mərkəzinin stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Trabzonspor” finalda “AZ Alkmaar” – “Barselona” cütünün qalibi ilə üz-üzə gələcək.

Bənzər xəbərlər