featured-image-28627

“Trabzonspor”un futbolçusu Uğurcan Çakır karyerasına Rusiyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, türkiyəli qolkiper “Zenit”in maraq dairəsinə düşüb. Sankt-Peterburq təmsilçisi yaxın günlərdə 27 yaşlı futbolçu üçün “Trabzonspor”la danışıqlara başlamaq niyyətindədir.

Uğurcanla “Monako”, “Şeffild Yunayted”, “Nottenqem Forest” və “Əl-Nəsr” klubları da maraqlanır.

Qeyd edək ki, Çakır cari mövsüm 39 matçda forma geyinib.

“Transfermarkt” saytı qapıçının transfer dəyərini 13 milyon avro qiymətləndirir.

Royal Türksoy

Bənzər xəbərlər