featured-image-25830

“Trabzonspor”un sabiq baş məşqçisi Ünal Karamanın deputatlığa namizədliyi irəli sürülüb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, İYİ Partiya Konyadan veteran futbolçunun namizədliyini irəli sürüb.

56 yaşlı Karaman son olaraq 2021-ci ildə “Göztepe” klubunu çalışdırıb. O, buna qədər “Konyaspor”, “Ankaragücü”, “Adana Demirspor”.  “Rizespor” kimi komandalarda işləyib. Futbolçu karyerası vaxtı Türkiyə millisində 36 oyun keçirən Karaman 3 qol vurub.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

AYXAN 

Bənzər xəbərlər