“Trabzonspor” Xorvatiya millisinin üzvünü transfer edir
“Trabzonspor” Mislav Orşiçin transferini həll edib. Msport.az xəbər verir ki, Qara Dəniz klubu “Sauthempton”la danışıqlara başladığını açıqlayıb.
30 yaşlı futbolçunun İngiltərə təmsilçisi ilə 2025-ci ilin iyununa kimi müqaviləsi var. Xorvatiya millisinin üzvü Zaqreb “Dinamo”sundan “Sauthempton”a bu ilin yanvarında transfer olunsa da, İngiltərə Premyer Liqasında cəmi 1 oyun keçirib.
Vinger 2018-ci ildən “Dinamo”nun şərəfini qoruyurdu. O, Xorvatiya yığmasında 27 oyunda 2 qol vurub.
ANAR







