“Trabzonspor” yeni baş məşqçisi ilə 5 illik müqavilə imzaladı
Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi məlum olub.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi tanınmış mütəxəssis Fatih Təkkəyə tapşırılıb. Onunla 5 illik müqavilə imzalanıb.
Bu vəzifədə Şenol Günəşi əvəz edən yeni baş məşqçi bu gün ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, F.Təkkə futbolçu kimi də “Trabzonspor” komandasında çıxış edib.