featured-image-21893

Avropada transfer pəncərəsinin son günü kifayət qədər məhsuldar alınıb. Msport.az dedlaynın 10 əsas transferini təqdim edir:

media-ruec36c03623b

Joau Kanselu (“Mançester Siti” – “Bayern Münhen” icarə) 

Mövsümün sonuna kimi icarə. Transfer etmək istəsələr isə 70 milyon avro sərbəst qalma maddəsi var. Çox güman ki, Kanselu Pep Qvardiola ilə dalaşıb (hərçənd özü bunu təkzib edir). O, Münhen klubunu Çempionlar Liqasında iştirak etməyə görə seçib.

Jorjinyo (Çelsi” – “Arsenal” – 13,6 milyon avro) 

Qışın ən gözlənilməz transferlərindən biri. “Çelsi”nun onsuz da futbolçusu çoxdur, üstəlik işlər yaxşı getmir. Jorjinyo Qrem Potterə o qədər də vacib deyil. Çempionluq uğrunda mübarizə aparan “Arsenal”a isə orta sahəyə oyunçu lazımdır. Jorjinyo oyun dəsti-xəttinə görə Parti və Cakadan çox fərqlənir. Görək o, Artetanın oyun stilinə nə dərəcədə uyğun olacaq?

Entso Fernandes (“Benfika” – “Çelsi” – 120 milyon)

İngiltərə Premyer Liqası tarixinin ən bahalı transferi. Argentina millisinin heyətində dünya çempionu olan futbolçu axır ki, London klubuna keçdi. “Zadəganlar” hələ yanvarın əvvəlində onu razı salsalar da, sonra danışıqlarda problemlər baş qaldırdı. Jorjinyonun gedişindən sonra “Çelsi”nin orta sahəsində boşluqdur və gənc futbolçu özünü göstərə bilər. Əsas adaptasiyanı necə keçməsidir.

 

Marsel Zabitser (“Bayern Münhen” – “Mançester Yunayted”, icarə) 

media-skysports-marcel-sabitzer-manchester-united_6042378

“Yunated” Kristian Eriksenin zədəsinə görə təcili oyunçu almalı oldu. Zabitser ötən mösüm “Laeyptsiq”dən Münhen klubuna keçmişdi.

Keylor Navas (PSJ – “Nottinqem Forest”, icarə) 

Kosta Rikalı qapıçı uzun müddət Donnaruma ilə PSJ-də rəqabət aparmalı oldu. Lakin Poçettinonun dövründə tam olaraq əvəzediciyə çevirildi. 36 yaşlı qapıçı ehtiyatda oturmaq istəmir (bu mövsüm Liqa-1-də bir oyunda belə meydana çıxmayıb), ona görə də ÇL-in pley-offundan Premyer Liqada qalmaq uğrunda mübarizə aparan kluba gedir.

Ektor Belyerin (“Barselona” – “Sportinq”, icarə) 

Belyerin yanvarda III liqa təmsilçiləri ilə kubokda 2 oyunda forma geyinmişdi. Ektorun 27 yaşı var. Mövsümün sonuna kimi “Sportinq”ə getməsi onun daha çox oyun təcrübəsi toplamasına kömək edəcək.

İlya Zabarnı (“Dinamo Kiyev” – “Bornmut”, 22,5 milyon avro)

Daha bir ukraynalı futbolçu Top-5 liqada oynayacaq. İngiltərə Premyer Liqasında bu artıq 4-cü ukraynalıdır – Zinçenko (Arsenal), Mikolenko (Everton), Mudrik (Çelsi). 20 yaşlı mərkəz müdafiəçisi Ukrayna yığmasında 24 oyun keçirib.

Florian Toven (“Tiqres” – “Udineze”, azad agent) 

media-rue55d7a29124

Fransalı futbolçu 2021-ci ildə “Tiqres”ə keçsə də, Meksika macərası başa çatdı. Tovenin artıq 30 yaşı var. Hərçənd bu yaxınlara qədər o, “Marsel”də məhsuldar oyun göstərirdi. Buna qədər o, bir dəfə Fransadan başqa Avropa ölkəsinə gedib. 2015-2016-cı illər mövsümünü “Nyukasl”da keçirsə də, İngiltərədə karyerası istənilən kimi alınmamışdı.

Torqan Azar (“Borussiya Dortmund” – PSV, icarə) 

Edenin kiçik qardaşının karyerasında eniş yaşanır. O, ildən ilə “Borussiya”da az şans əldə edirdi. İndi isə PSV-yə icarəyə verildi. Hərçənd DÇ-2022-də Belçika millisinin heyətində ən parlaq oyunçulardan biri idi.

Pedro Porro (“Sportinq” – “Tottenhem” – 45 milyon avro) 

“Tottenhem” ispaniyalı futbolçunu hələ yanvarın əvvəlində ələ keçirmək istəyirdi. Lakin London klubu “Sportinq”lə qiymətdə razılaşa bilmirdi. Sonda tərəflər ortaq məxrəcə gələ bildilər.

AYXAN 

Bənzər xəbərlər