Transferlər zamanı gənclərə daha çox üstünlük verən klublar - SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) transferlər zamanı gənclərə daha çox üstünlük verən klubları açıqlayıb.
Msport.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, Avstriya təmsilçisi “Zaltsburq” birinci pillədə qərarlaşıb.
Klubun 2019-un yayından indiyədək etdiyi transferlərin orta yaşı 20,93-dür.
1. “Zalsburq” – 20,93
2. “Braqantino” – 21,72
3. “Atletik” – 21,90
4. “Bravo” – 22,22
5. “Şaxtyor” – 22,46
6. “Genk” – 22,50
7. “Elfsborq” – 22,56
8. “Serkl Brügge” – 22,58
9. “Rujomberok” – 22,61
10. “Dinamo” K – 22,63