Tsxadadzeni 5 turdan sonra "Kaspi"dən qovdular
Kaxaber Tsxadadzenin Qazaxıstandakı növbəti fəaliyyəti uğursuz alınıb. Msport.az xəbər verir ki, gürcüstanlı məşqçi 5 turdan sonra “Kaspi” klubunun baş məşqçi postundan istefaya göndərilib. Onunla yanaşı, klubun bütün rəhbər şəxsləri də işdən azad olunub.
Aktaunu təmsilçisinin mükafatçılar sırasına düşə biləcəyi ilə bağlı proqnozlar səslənsə də, komanda 1 xal belə toplaya bilməyib və sonuncu yeri tutur. Qeyd edək ki, onun Qazaxıstan klubunda aylıq maaşı 5 milyon tenge (təxminən 11 min dollar) idi.
Tsxadadzenin yerinə makedoniyalı İqor Anqelovski baş məşqçi postuna dəvət olunub.
54 yaşlı mütəxəssis mövsümün əvvəlində “Şerif”dən təklif almışdı. Moldova klubu müqavilənin pozulması üçün “Kaspi”yə 50 min dollar ödəmək niyyətində idi, lakin qazaxlar bundan imtina etmişdi.
Xatırladaq ki, Tsxadadze 2009-2014-cü illərdə Bakı “İnter”ə rəhbərlik edib.
AYXAN







