featured-image-27973

“Bayern Münhen” Tomas Tuhelin rəhbərliyi altında 5 oyunda cəmi 2 qələbə qazanıb.  Msport.az xəbər verir ki, Münhen təmsilçisi Almaniya Bundesliqasının 28-ci turunda “Hoffenheym”la heç-heçə edib – 1:1.

Tuhel çox pis oynadıqlarını etiraf edib: “Mən elə bilirdim ki, biz hazırıq və hirslə oynayacağıq. Bu baş vermədi, hər şey pis idi. Həddən artıq ləng, emosiyasız və inadkarlıq olmadan.

Bizə alovlanmağa atəş çatmır. Təcili başqa motivaasiya lazımdır”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər