featured-image-65995

Tomas Tuhel İngiltərə yığmasının tarixinə düşüb.

Msport.az xəbər verir ki, o, komandanın ilk 3 oyununu qələbə ilə başa vuran mütəxəssis kimi fərqlənib.

Almaniyalı baş məşqçi bu ilin yanvarında “üç şirlər”ə rəhbərlik edir. İngiltərə millisi Tuhelin başçılığı ilə DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi hər 3 matçda 3 xal qazanıb. İngilislər Albaniya (2:0), Latviya (3:0) və Andorraya (1:0) qalib gəliblər.

Qeyd edək ki, İngiltərə millisi növbəti görüşünü iyunun 10-da Seneqala qarşı keçirəcək.

Bənzər xəbərlər