featured-image-28704

“Bayern Münhen” yay transfer pəncərəsində əsas hədəflərini müəyyənləşdirib.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, Tomas Tuhel hücumçu və dayaq yarımmüdafiəçisi mövqeyinə oyunçu axtarır.
Almaniya klubu yarımmüdafiə xəttini gücləndirmək üçün “Çelsi”dən Mateo Kovaçiçi dəvət etmək marağındadır. Kovaçiç London klubunda Tuhelin rəhbərliyi altında çıxış edib.
Xorvatiyalı futbolçunun müqaviləsi 2024-cü ilə qədərdir. Londonlular onu yayda satmağa hazırdırlar.
“Bayern”in maraq göstərdiyi hücumçulardan biri də Viktor Osimhendir. “Napoli” ona 150 milyon avro qiymət qoyub. Osimhenin almaniyalı sevgilisi Stefani vətəninə qayıtmaq istəyir.

Bənzər xəbərlər