featured-image-412

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lill”ə oyununa hazırlıqdan danışıb.

Msport.az xəbər verir ki, Britaniya hökuməti Roman Abramoviçə sanksiyalar tətbiq etdiyindən London klubunun hesabları dondurulub. Bununla bağlı, “Çelsi”nin ödənişlərində və uçuş xərclərində problemlərin yarana biləcəyi deyilirdi.

Almaniyalı mütəxəssis məsələyə belə münasibət bildirib: “Məndə olan informasiyaya görə, Lillə gediş-gəliş üçün təyyarə biletləri alınıb. Əgər alınmasa, qatarla gedəcəyik. Qatar da olmasa, avtobusla. Əgər bizə avtobus verməsələr, mən mikroavtobus götürüb özüm sükan arxasına keçəcəm”.

 

 

Bənzər xəbərlər