featured-image-28914

Fransa kubokunun final oyunu keçirilib. Msport.az xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil olunan matçda “Tuluza” və “Nant” üz-üzə gəlib.

“Tuluza” rəqibini 5:1 hesabı ilə darmadağın edərək tarixində ilk titulu qazanlb. Buna qədər komanda heç vaxt kubokun finalına çıxa bilməmişdi. “Tuluza”nın Fransa çempionatında ən yaxşı nəticəsi 2006-2007-ci illər mövsümündə 3-cü yer olub.

Fransa kuboku 

Final 

“Nant” – “Tuluza” 1:5 

Lüdovik Blas, 75 – L.oqan Kosta, 4, 10, Teys Dallinqa, 23, 31, Zəkəriyyə Abuhilal, 79

 

ANAR ABDULLAYEV

Bənzər xəbərlər