featured-image-23425

Fransa millisinin üzvü Markus Türam yayda Münhenqladbax “Borussiya”sını azad agent kimi tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə klubun idman direktoru Roland Virkus açıqlama verib:

“Biz Markus Türamla razılığa gələ bilmədik. Biz bununla barışmalıyıq, çünki söhbət  Markusun keçə biləcəyi daha böyük klublardan gedir.

Onun kluba gəlir gətirməyəcəyini nəzərə alsaq, bu, pozitiv məqam deyil. Mən buna don geyindirə bilmərəm”.

Türam “Borussiya”ya 2019-cu ildə “Genqam”dan keçib. Onun müqaviləsi bu ilin yayında başa çatacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər