featured-image-79424

“Turan Tovuz” Ayxan Hüseynovla vidalaşıb.

Msport.az xəbər verir ki, bir müddət idi ki, klubla futbolçu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar gedirdi.

Lakin tərəflər əmək haqqı məsələsində razılaşa bilməyiblər. 26 yaşlı yarımmüdafiəçi daha çox maaş tələb edirdi.

Ayxanın Konfrans Liqasında mübarizə aparacaq “Zirə”yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 32 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə verib.

O, 2022-ci ildən Tovuz klubunun şərəfini qoruyurdu.

Bənzər xəbərlər