“Turan Tovuz”dan Braziliya klubuna
“Turan Tovuz” klubu ilə yollarını ayıran Bruno Qonçalveşin yeni klubu müəyyənləşib.
Msport.az xəbər verir ki, braziliyalı oyunçu karyerasını ölkəsində davam etdirəcək.
O, “Quarani” ilə anlaşıb.
Yüksək liqaya çıxmağa iddialı olan klubun Bruno ilə müqavilə 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi “Vila Nova”, “Aroka”, “Leykşoeş” komandalarında oynadıqdan sonra ötən yay “Turan Tovuz”a keçmişdi.