"Qarabağ" "Sabah"ı məğlub etdi, Tovuzda heç-heçə - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
Msport.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Meydan sahibi komanda 2 top fərqi ilə irəlidə olsa da, hesabda üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. “Qəbələ” 2 qol vuraraq rəqib meydanında 1 xal qazanmağı bacarıb.
Turun maraqla gözlənilən oyununda son çempion “Qarabağ” öz meydanında ötən mövsümün 2-cisi olan “Sabah”ı qəbul edib. Bu matçda Ağdam təmsilçisi 2:0 hesablı inamlı qələbə qazanıb.
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
17 sentyabr (bazar)
19:30. “Qarabağ” – “Sabah” – 2:0
Qollar: Juninyo, 56 (1:0), Hamidu Keyta, 88 (2:0)
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
16:30. “Turan Tovuz” – “Qəbələ” – 2:2
Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)
Qırmızı vərəqə: Xəqani Məmmədov, 30 (“Qəbələ”, məşqçi)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu