“Turan Tovuz” Türkiyəyə yollanacaq
“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.
Msport.az xəbər verir ki, komanda iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək tovuzlular iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini orada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komandanın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri hələlik bəlli deyil.