featured-image-36974
“Turan Tovuz”un futbolçusu Denis Marandiç Moldova millisinin heyətində iki oyuna çıxıb.
Msport.az xəbər verir ki, yoxlama matçında Avstriya ilə qarşılaşan moldovalılar meydandan 1:1 hesablı bərabərliklə ayrılıblar.
AVRO-2024-ün seçmə mərhələsində isə müdafiəçinin komandası Farer Adaları ilə qarşılaşıb. Görüş Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Səfər qələbəsi ilə Moldova yığması qrupda xallarının sayını 8-ə çatdırıb.
Denis hər iki oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Bənzər xəbərlər