Roderik Miller millidə növbəti oyuna çıxdı
“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinin heyətində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, müdafiəçinin komandası dünya çempionatının seçmə mərhələsin ilk görüşünə çıxıb.
Panamalılar “Rommel Fernandes” stadionunda Quyananı qəbul edib. Meydan sahibləri ikinci hissədə vurduqları qollarla 2:0 hesablı qələbə qazanıblar. Start heyətində meydana Miller fasilədən sonra əvəzlənib.