featured-image-50234

“Turan Tovuz”un panamalı legioneri Roderik Millerin çıxış etdiyi Panama millisi ABŞ-də təşkil olunan Amerika Kubokunda növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, yığma Boliviyanı 3:1 hesabı ilə üstələyib.

C qrupunun digər matçında meydan sahibləri Uruqvaya uduzub – 0:1.

Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub.

Qeyd edək ki, turnir iyulun 14-də yekunlaşacaq.

Bənzər xəbərlər