featured-image-24912

Futbol üzrə İspaniya çempionatının 25-ci turunun “Kadis” və “Xetafe” komandaları arasında baş tutan qarşılaşmada Lionel Messinin rekordu yenilənib.

Msport.az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə sonuncu qolun müəllifi “Xetafe”nin türk əsilli hücumçusu Enes Ünal olub.

Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. Artıq əlavə olunmuş 16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirərək yekun hesabı müəyyənləşdirib. Bu, 105:14-cü dəqiqəyə təsadüf edib.

Bununla da Ünal 21-ci əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. Əvvəllər bu nailiyyət 2008-ci ilin payızında “Barselona”nın heyətində “Espanyol”un qapısına təyin olunmuş penaltini 102:52-ci dəqiqədə dəqiq yerinə yetirən argentinalı hücumçu Lionel Messiyə məxsus idi.

Bənzər xəbərlər