featured-image-30404

Türkiyənin 1-ci liqasında mübarizə aparan 19 komandadan yalnız 3-ü mövsümə başladıqları məşqçi ilə sonlandırıb.

Msport.az xəbər verir ki, Qəhrəmanmaraş mərkəzli zəlzələlərdən sonra liqadan çəkilən “Yeni Malatyaspor” və “Adanaspor”dan başqa,  “Dənizlispor”, “Altay”, “Altınordu”, “Ankara Keçiörengücü”, “Bandırmaspor”, “Boluspor”, “Ərzurumspor”, “Eyüpspor”, “Göztəpə”, “Manisa”, “Sakaryaspor”, “Tuzlaspor” və “Samsunspor” mövsüm ərzində texniki heyətini dəyişib.

Liqa ikincisi olaraq birbaşa Super Liqa vəsiqəsi alan “Çaykur Rizəspor”da Bülənt Qorxmaz, pley-off finalına birbaşa çıxan “Pendikspor”da Osman Özköylü və pley-offda mübarizə aparacaq “Bodrumspor”da İsmət Daşdəmir, mövsüm boyu komandalarının sükanı arxasında qaldılar.

Qeyd edək ki, “Qalatasaray”ın əfsanəvi kapitanı olan Bülənt Qorxmaz 2009-2010 mövsümündə “Bakı” klubunu çalışdırıb.

Royal Türksoy

Bənzər xəbərlər