featured-image-24445

Türkiyə II Liqasında “Bursaspor” və “Amedspor” komandaları arasında keçirilən olan 23-cü tur oyununda kütləvi dava baş verib.

Msport.az-ın məlumatına görə, Bursa təmsilçisinin futbolçuları isinmə hərəkətləri üçün meydana çıxan qonaq komandanın üzvlərinə hücum çəkib.

Polislərin müdaxiləsindən sonra insidentin qarşısı çətinliklə alınıb. Hər iki komandanın oyunçuları paltardəyişmə otağına göndərilib. Bu zaman yerli azarkeşlər qonaq komandanın futbolçularına yad əşyalar atıblar.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən görüşdə hesab açılmaylb.

CAHİD

Bənzər xəbərlər