featured-image-27601

“Qalatasaray”ın hücumçusu sosial media hesabındakı paylaşıma görə cəzalandırıb.

Msport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İntizam Komitəsi argentinalı forvardı sosial mediada hakimlər haqqında səsləndirdiyi fikirlərinə görə, 150 min TL (13 min 219 manat) cərimə edib.

Xatırladaq ki, “Qalatasaray” Türkiyə kubokunda “Başakşehir”ə 2:3 hesabı ilə uduzub mübarizədən kənarda qaldıqdan sonra “sarı-qırmızılılar” iki penaltilərinin verilmədiyini iddia etmişdilər.

İkardi instaqramda video paylaşaraq “bir utanc, bir skandal, ilin soyğunu yazmışdı”.

İntizam komitəsi “Qalatasaray”ın prezidentinə 21 günlük cəza ilə yanaşı, 50 min TL (4 min 406 manat) cərimə edib. Klubun özü isə 200 000 TL (17 min 624 manat) cərimə olunub.

ANAR

media-3580387_3c979cfc51f58486fc82291a65df2c0b_1366x1366

 

Bənzər xəbərlər