Türkiyə futbolunda daha bir biabırçılıq!
Türkiyə futbolunda daha bir qalmaqal yaranıb. Msport.az xəbər verir ki, Urfada keçirilən Türkiyə Superkuboku uğrunda oyunda “Fənərbaxça” futbolçuları 3-cü dəqiqədə meydanı tərk ediblər.
Matçın 1-ci dəqiqəsində “Qalatasaray”ın hücumçusu Mauro İkardi “Fənər”in qapısına yol tapıb.
Qeyd edək ki, “Fənərbaxça” meydana U-19 komandasının futbolçularını buraxmışdı.
Hakim oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Yaxın günlərdə Türkiyə Futbol Federasiyası bununla bağlı qərar verəcək.