featured-image-69208

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Msport.az xəbər verir ki, E qrupunda yer alan Türkiyə səfərdə Gürcüstan millisi ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

3-cü dəqiqədə hesabı Mert Müldür açıb. Oyunun 41-ci və 52-ci dəqiqələrində isə Kerem Aktürkoğlu fərqlənərək dubla imza atıb. Gürcüstan yığmasının oyunçusu Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirib.

Türkiyə millisinin futbolçusu Barış Yılmaz matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib. Görüşün 90+8-ci dəqiqəsində isə Xviça Kvaratsxeliya fərqi minimuma endirib.

Bənzər xəbərlər