featured-image-24242

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Qrinvud icarəyə gedə bilər.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı futbolçu ilə bağlı bir neçə təklif alıb.

Türkiyə klubları gənc oyunçunu heyətlərinə qatmaq istəyirlər.
Qeyd edək ki, Türkiyə Super Liqasında hələ transfer pəncərəsi bağlanmayıb.

“Mançester Yunayted” zorlamada ittiham olunmuş Qrinvudla bağlı daxili araşdırmalar apardığından icarə ilə bağlı hələ danışıqlara başlamağa tələsmir. İngiltərə klubunun rəsmiləri əmin olmaq istəyirlər ki, futbolçu günahsızdır.

Qrinvud son dəfə ötən ilin 22 yanvarında forma geyinib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər