featured-image-20705

Türkiyənin “Başakşəhər” klubu müdafiəçisi Hasan Ali Kaldırımla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

“Kayzerslautern”, “Maynts”, “Kayserispor” və “Fənərbaxça”da da oynamış Hasan, 2020-ci ildən “Başakşəhər”də forma geyinirdi. O, Türkiyə millisində də 32 oyun keçirib.

Bənzər xəbərlər