featured-image-39279

Türkiyə millisinin sabiq futbolçusu Fatih Təkkənin yeni iş yeri müəyyənləşib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis “Alanyaspor”un sükanı arxasına keçib.

O, bu postda oktyabrın 29-da istefaya göndərilmiş Ömər Ərdoğanı əvəzləyib.

Qeyd edək ki, bölgə təmsilçisi Superliqada 10 turdan sonra 10 xalla 14-cü yerdədir. Tekke son olaraq 2022/2023 mövsümündə “İstanbulspor”da işləyib. O, futbolçu olduğu dönəmdə – 1997-2008-ci illərdə 25 matçda Türkiyə millisinin formasını geyinib.

Bənzər xəbərlər