featured-image-42053

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi məlum olub.

Msport.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Fahrudin Omeroviç gətirilib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Bosniya və herseqovinalı mütəxəssis bu postda “Fənərbağça”ya 1:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Hakan Keleşi əvəzləyib.

Qeyd edək ki, “Konyaspor” turnir cədvəlində 19 xalla 18-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər