Türkiyə klubunun prezidenti: “Qərarımız çempionatdan çəkilmək oldu”
“Yeni Malatyaspor” klubunun prezidenti Ahmet Yaman çempionatdan çəkildiklərini açıqlayıb.
Msport.az “beİN Sports”a istinadən xəbər verir ki, o, bundan sonra liqada mübarizə apara bilməyəcəklərini deyib:
“Beş gündür kluba getməmişdim. İndi klubdan gəlirəm. Klubdakı məsul şəxsləri topladım. Aşağı yaş qruplarımız, eləcə də əsas komanda darmadağın olub. Qərarımız çempionatdan çəkilmək oldu”.
Anar Abdullayev







